İqtisadiyyat
AZƏRTAC
Londonda III Beynəlxalq “Xəzər dəhlizi” konfransı keçiriləcək
Bakı, 5 mart, Nihat Budaqov,
AZƏRTACMartın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Londonda III Beynəlxalq “Xəzər dəhlizi” konfransı (Caspian Coridor Conference) baş tutacaq.
AZƏRTAC
caspiancorridor.org-a istinadən xəbər verir ki, konfransda Avropa və Asiya arasında təhlükəsiz enerji dəhlizi və enerji layihələrinin perspektivləri müzakirə olunacaq. Tədbirdə Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznesmenlər, elm adamları və jurnalistlər iştirak edəcək. Konfransın təşkilatçıları London Fond Birjası (LFB), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” qurumudur.
Qeyd edək ki, II Beynəlxalq “Xəzər dəhlizi” konfransı ötən il martın 7-də Londonda keçirilib.