Maraqlı
Leonardo Di Kaprionun yeni sevgilisi var - FOTO
Populyar aktyor, Hollivud ulduzu Leonardo Di Kaprionun indi də supermodel Ket Torresə vurulduğu bildirilir.
Aktyor son günlər 26 yaşlı braziliyalı Ketlə birlikdədir.
Ket isə bu arada ABŞ-ın Malibu kurortunda yeni fotosessiyalara çəkilib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Ketin dediyinə görə, Di Kaprio ilə münasibətləri əslində iki il əvvəl başlanıb.
2012-ci ildə keçirilmiş "Miss Caieras" gözəllik müsabiqəsinin qalibi Ket aktyorla əlaqələrinin indiki durumu ilə bağlı jurnalistlərə açıqlama vermək istəmədiyini bildirib.
Ket Torresin dünən Malibuda çəkildiyi sessiyadan fotoları təqdim edirik.
Milli.Az