Ölkə

Lənkəranlı məktəbli: Şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb

Metbuat.az

Naxçıvan, 19 mart,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının hər tərəfində gördüyüm gözəllik, abadlıq çox xoşuma gəldi. Diqqətimi ən çox çəkən isə Naxçıvandakı orta məktəblərdir, çox gözəl binaları var. Sinif otaqları, laboratoriyalar, kompyuter otaqları ən müasir səviyyədədir. Şagirdlərin yaxşı oxuması üçün Naxçıvanda hər cür şərait yaradılıb.


Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana səfər edən Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəbin 11-ci sinif şagirdi Şəhla Məhərrəmova

AZƏRTAC

-a müsahibəsində bildirib.


Şəhla Məhərrəmova Heydər Əliyev adına Hərbi Liseydə kursantlar üçün yaradılan şəraitdən də danışaraq dedi ki, Naxçıvanda belə bir təhsil ocağının olduğundan xəbərsiz idi: “Tur-aksiya çərçivəsində buraya gəlməklə həm Naxçıvanın tarixi yerlərini görmək imkanı qazandıq, həm də Heydər Əliyev adına Hərbi Lisey kimi çox gözəl təhsil ocağı ilə tanış olduq. Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb də çox gözəl idi”.