Ölkə
Lənkəranın gözəlliyi bizi heyran etdi
Bakı, 19 mart,
AZƏRTACLənkəranın gözəlliyi bizi heyran etdi. Buradan aldığım təəssürat ölçüyəgəlməzdir. İlk dəfədir ki, cənub bölgəsində oluram. Çox sevinirəm. Bizə bu sevinci bəxş edən Prezidentimizə “Çox sağ olun!” deyirəm”.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində martın 18-də Lənkəran rayonunda olan Naxçıvan şəhərindəki 13 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytən Həsənli
AZƏRTAC-a müsahibəsində deyib.
Naxçıvanlı məktəbli bildirib ki, indiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq. Gələcəkdə rəfiqələrim və ailə üzvlərimlə bu yerlərə tez-tez gələcəyəm.