Ölkə

Lənkəranda çayçılığın inkişafı üçün son dövrlər mühüm işlər görülür

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

 


Lənkəranda çayçılığın inkişafı üçün son dövrlər mühüm işlər görülüb. Belə ki, son bir neçə ildə mövcud çay sahələrinin bərpası və yeni çay sahələrinin salınması sahəsində yeni uğurlar əldə edilib.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, rayonda 530 hektar çay sahəsi mövcuddur. Bunun 214 hektarı məhsuldar sahələrdir. Bu sahələrdən 135 tonadək yaşıl çay yarpağı yığılır. Çayçılığın daha da inkişaf etdirilməsi üçün rayonda çay tingçilik təsərrüfatları fəaliyyət göstərirlər. Onlardan “İlyas-Çay” müəssisəsində 350 minədək və fiziki şəxs olan Elşad Yaqubovun şəxsi təsərrüfatında isə 200 minədək çay tingi yetişdirilir.