İqtisadiyyat
“Lactalis Caspi”yə qarşıiş qaldırılıb
Bakı, 5 mart,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, monitorinqlər zamanı “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətlərinin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.
Bununla əlaqədar “Lactalis Caspi” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.