Kürdəmirdə 19 minədək ağac əkiləcək
Kürdəmir, 14 mart,
AZƏRTACIDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Kürdəmir rayonunda ağacəkmə aksiyasına start verilib.
AZƏRTAC
xəbər verir ki, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.
Son üç gündə rayon ərazisində, o cümlədən küçə və parklarda, yol kənarlarında 2000-dən çox müxtəlif növ ağac əkilib. Aksiyada hər gün orta hesabla 500 nəfərədək adam iştirak edir.
May ayınadək davam edəcək marafonun ikinci mərhələsində, ümumilikdə, rayonda daha 16,8 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Ümumrespublika yaşıllaşdırma” marafonunun payızda keçirilən birinci mərhələsində rayon ərazisində 16 mindən çox ağac əkilib.