İqtisadiyyat

Kulevi Neft Terminalının ötən il üçün fəaliyyəti təhlil olunub

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi Neft Terminalının ötən il üçün fəaliyyəti və terminalın göstəriciləri təhlil olunub.


AZƏRTAC

terminalın rəsmi saytına istinadla xəbər verir ki, keçirilən görüşdə əməliyyat səmərəliliyi, davam edən və nəzərdə tutulan tikinti layihələri, texniki məsələlər, SƏTƏM performansı, kadr səriştəsinə hüquqi riayət və biznes planlaşdırma kimi mövzular müzakirə edilib. Həmçinin görüşdə terminalın 2015-ci il üçün yeni məqsəd və hədəfləri müəyyən olunub.