Dünya

Krımdakılar ilhaq haqda nə düşünür? (VİDEO)

Metbuat.az

10 mart tarixi Rusiyanın ən yeni tarixinə Krımın ilhaq olunması kimi yazılıb. ANS TV-nin məlumatına görə, Krım yarımadasında yaşayanlar bölgənin Rusiya tərəfindən ilhaqının ildönümünü qeyd etməyə hazırlaşır.



Yerli əhali arasında mart hadisələrinə münasibət müxtəlifdir. Kimi bunu Ukraynadan ayrılma, kimi isə Rusiyaya qovuşma adlandırır. Krımın lideri Sergey Aksyonov iddia edir ki, bölgənin Ukraynanın tərkibindən çıxması yarımadaya yalnız müsbət dəyişikliklər gətirib.



"Krım Respublikası"nın başçısı Sergey Aksyonovun sözlərinə görə, indiki vəziyyətdə əhalinin 90 faizdən çoxu ötən ilin martında baş verənləri dəstəkləyir. Mənim şəxsən buna dair heç bir şübhəm yoxdur. Xarici jurnalistlərə də deyirəm. Buyurun istədiyiniz vaxt gözlənilməz şəkildə küçəyə çıxın, insanları dindirin, görün baş verənlər barədə nə deyirlər”.



Krım sakinləri arasında ilhaq məsələsinə münasibət birmənalı deyil. Bəziləri dəyişikliklərin müsbət olduğunu nizam-ntizamın artdığını deyir. Digərləri isə qiymətlərin artımından, iqtisadi vəziyyətin pisləşməsindən gileylənir.



Qeyd edək ki,Rusiyayla birləşməyə dair referendum Krım və Sevastopolda ötən ilin martın 16-da keçirilib. Referendumun qəbul olunmasından 2 gün sonra Rusiya duması yarımadanın Rusiyanın inzibati subyektləri sırasına daxil edilməsi haqqında qanun qəbul edib.




Mənbə
ANS TV, Ayşəm Rüstəmova