İqtisadiyyat

Koreya Birjası işçi heyəti Bakı Fond Birjasında tətbiq olunan mövcud ticarət mexanizmlərini təhlil edib

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

 


“Kapital bazarlarının informasiya sistemlərinin çatdırılması və quraşdırılması” layihəsi planına uyğun olaraq, Bakı Fond Birjasında mövcud biznes proseslərin və tətbiq ediləcək yeni sistemlərə olan funksional tələblərin təhlili məqsədilə Koreya Birjası işçi heyətinin səfəri təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, səfər çərçivəsində Bakı Fond Birjasında tətbiq olunan mövcud ticarət mexanizmləri təhlil edilib və layihə əsasında yaradılacaq yeni ticarət sisteminin xüsusiyyətləri müzakirə olunub.


“Kapital Bazarlarının İnformasiya Sistemlərinin çatdırılması və quraşdırılması” layihəsi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramına uyğun olaraq ölkəmizdə Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.