Dünya

​Kopenhagendə atışma nəticəsində 3 nəfər yaralanıb

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ Danimarkanın Kopenhagen şəhərində "Fields" Ticarət Mərkəzində naməlum şəxslər odlu silahdan atəş açıb.


"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.


Məlumata görə, üç nəfər - ikisi əlindən biri kürəyindən yaralanıb.


Jadisə ilə bağlı üç nəfər şübhəli saxlanılıb. Atəş açan şəxsin onların arasında olub-olmadığı bilinmir. Polis bildirib ki, hadisədə 8 nəfər iştirak edib.