İqtisadiyyat

Könüllü sığortalar üzrə komitənin iş planına əlavələr edilib

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Sığorta şirkətləri nümayəndələrinin iştirakı ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığortalar komitəsinin növbəti iclası keçirilib.


Sığortaçılar Assosiasiyasından

AZƏRTAC

-a bildiriblər ki, iclasda Maliyyə Nazirliyinin ötən ilin dövlət büdcəsinin icrasının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında müzakirə edilən “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş məsələlər müzakirə olunub.


Tədbirlər planının 2015-ci il üçün nəzərdə tutulan bəndləri iş planına daxil edilib və bu layihələrə təkliflərin hazırlanması üçün icra planının hazırlanması qərara alınıb.