Ölkə

Komandanın rütbəsi artırıldı

Metbuat.az

Azərbaycan prezidenti İlham Əliyev Ş.İ.Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında


sərəncam imzalayıb.



ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:



Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilsin.

Mənbə
ANS PRESS