Maraqlı
Klint İstvudun yeni sevgilisi: qalmaqal böyüyür - FOTO
Dünyanın ən məşhur aktyor və rejissorlarından biri, amerikalı
Klint İstvudun yeni sevgilisi var.
84 yaşlı K.İstvud özündən 33 yaş kiçik, 51 yaşlı Kristina Sandera ilə birlikdədir.
ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş builki "Oskar" mükafatları mərasiminə Klint İstvudla birgə qatılmış K.Sandera qalmaqallı qadındır.
O, sabiq əri tərəfindən məişət zorakılığında, aqressivlikdə, əyyaşlıqda, həddən artıq bədxərclikdə suçlanmışdı.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Klint İstvud və Kristina Sandera Kaliforniya ştatındakı Karmela şəhərində tanış olublar. İstvudun rançosunun olduğu bu məkanda Sandera restoranlardan birində çalışırdı.
Daha sonra K.Sandera aktyor və rejissorun Kaldiforniyadakı "Tehama Gold Club" otelində işləməyə başlayıb və onların arasındakı görüşlər intensivləşib.
2013-cü ildə Pol Veynskotla ailə qurmazdan əvvəl K.Sandera dəfələrlə polis tərəfindən saxlanılıb. Bir dəfə isə o, sərxoş vəziyyətdə saxlanılanda polislərə müqavimət göstərmişdi.
K.Sanderanın sabiq əri Pol Veynskot deyir: "Bu qadınla birgə həyat faktiki olaraq mümkün deyil. Həddən artıq çox içir, dava salır. Onun aqressivliyinə dözmək mümkün deyil. Pişiyimiz öləndən sonra gecələrin brində məni vuraraq "Hanı mənim pişik balalarım?!" bağırırdı. Bu qadın çılğındır, sərsəmdir".
Pol Veynskot polisə yolladığı şikayətində onu da bildirib ki, Kristina Sandera günlərin birində yenə içib sərxoş olandan sonra əlinə balta alaraq evdəki mebeli sındırıb-dağıtmağa başlamışdı.
P.Veynskot artıq sabiq arvadından toya xərclədiyi 90 min dolları da maddi təzminat qismində tələb edir.
Kristina Sandera ötən ilin iyun ayında Klint İstvudun 18 milyon dollarlıq villasına köçüb.
Bu villanı K.İstvud ikinci arvadı Dina üçün tikdirmişdi. K.İstvudla Dina 2013-cü ilin oktyabrında boşanıblar.
Milli.Az