Maraqlı
Kim Çen In hərbçilərə şəkil çəkdirməyə icazə verdi
Azərbaycan, Bakı, 3 mart /Trend/
Koreya Xalq Demokratik Respublikasının lideri ötən gün ölkədəki hərbi hissələrdən birinə baş çəkib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Koreya lideri hərbi hissədə 2009-cu ildə rabitə peykinin təmin edilməsi üzrə əməliyyat zamanı həlak olmuş 14 hərbçinin xatirəsini yad edib.
K.Ç.In həvəsləndirmək məqsədilə hərbi hissənin şəxsi heyətinə onunla şəkil çəkdirməyə icazə verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az