Keyfiyyətsiz malların satışının qarşısı alınıb
Bakı, 16 mart,
AZƏRTACİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, monitorinq zamanı Bakının Sabunçu, Nizami, Suraxanı rayonlarında, Sumqayıt, Mingəçevir, Gəncə Samux, Goranboy, Masallı, Qusar, Oğuz şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq ediləcək.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.