Dünya
Mənbə
ANS PRESS
Kamçatkada yenə zəlzələ
Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 4.5 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 206 km şimal-şərqdə, ocağı isə yerin 40.0 km dərinliyində yerləşib.
"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur", - deyə Rusiya FHN-i vurğulayıb.
Xatırladaq ki, ötən gün eyni ərazidə 5.1 bal, bir həftə əvvəl isə 5,2 bal gücündə zəlzələ baş vermişdi.
Mənbə
ANS PRESS