Dünya

Kamçatkada bir həftədə ikinci belə zəlzələ olur

Metbuat.az

Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.



ANS PRESS-in məlumatına görə, Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 5,1 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.



Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 217 km şimal-şərqdə, ocağı isə yerin 34,3 km dərinliyində yerləşib.



"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur", - deyə Rusiya FHN-i vurğulayıb.



Xatırladaq ki, 6 gün əvvəl Petropavlovsk-Kamçatkada 5,2 bal gücündə zəlzələ baş vermişdi.

Mənbə
ANS PRESS