Dünya

Jitomirdə Azərbaycan Novruzu (VİDEO, FOTO)

Metbuat.az

Novruz bayramının ərəfəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyi Jıtomirsk texnologiya dövlət universitetində Azərbaycan mədəni mərkəzinin açılışının təşəbbüsü ilə çıxış edib.



ANS PRESS-in məlumatına görə, açılış mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, diasporanın üzvləri, Ümumukrayna Azərbaycan Gənclər Təşkilatının aktivistləri iştirak ediblər.



Daha sonra Jıtomirsk dövlət filarmoniyasında Novruz bayramı şərəfinə böyük qala-konsert olub. Bayramda Azərbaycandan dəvət edilmiş artistlər, Azərbaycan və Ukrayna peşəkar rəqs kollektivləri çıxış edib. Konsert zamanı bütün tamaşaçılara Novruzu simvollaşdıran şirinliklər paylanıb.



Konsertin sonunda UABD-nin sədri Hikmət Cavadov hamını Novruz bayramı münasibətilə təbrik edib və "Azərbaycan diasporasının inkişafına edilmiş töhfə üçün" UABD Jitomir regional nümayəndəliyini hörmətli diplomla mükafatlandırıb.



Konsertdən sonra hamı Azərbaycan milli yeməklərinin verildiyi şam yeməyinə dəvət edilib.


































Mənbə
ANS PRESS