İtaliyanın “Pieralisi” şirkətinin mütəxəssisləri “Ekol Mühəndislik Xidmətləri” QSC-də olublar
Bakı, 14 mart,
AZƏRTAC“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) qurğuların tam gücü ilə istismar olunması və səmərəliliyin artırılması məqsədilə, dekantor qurğusunun istehsalçısı İsveçin “Alfa-Laval” və trikantor qurğusunun istehsalçısı İtaliyanın “Pieralisi” şirkətlərinin mütəxəssisləri vaxtaşırı dəvət edilərək, məsləhətləşmələr aparılır və texniki dəstək göstərilir. Bu günlərdə italiyalı mütəxəssislər QSC-də olub və separator qurğusundakı nasazlıq aradan qaldırılaraq istismara verilib.
QSC-dən
AZƏRTAC-a verilən məlumata görə, müəssisənin xidmət sahələrində fasiləsizliyin təmin edilməsi, qurğu və avadanlıqların istismar müddətinin artırılması, həmçinin texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Cari ildə QSC-nin tullantıların emalı departamentinin xidmət sahələrində sənaye-çirkab, axıntı sularının təmizlənməsi, eləcə də neftşlamın emalı və zərərsizləşdirilməsində istifadə olunan dekantor, trikantor və mexaniki təmizləyici qurğularda vaxtaşırı profilaktiki və əsaslı təmir işləri yerinə yetirilib. Zəruri hallarda nasaz nasoslar və ehtiyat hissələri yenisi ilə əvəz edilib. Bu işlər departamentin və elektromexanika sexinin mütəxəssisləri tərəfindən həyata keçirilib.