İqtisadiyyat
İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb
Bakı, 3 mart,
AZƏRTACİqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21- də “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, akademik H.Əliyev küçəsi, ev 90A-da “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının yaddaşında olan qiymətlər arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülür.