Dünya
İstanbulun elektrik enerjisi təchizatı 80 faiz bərpa edilib
"Türkiyənin Energetika Nazirliyi İstanbulun elektrik enerjisi təchizatını 80 faiz bərpa edib".
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri
Taner Yıldızdeyib.
Onun sözlərinə görə, ümumiyyətlə, elektrik enerjisinin təchizatı Türkiyədə əhəmiyyətli dərəcədə, İstanbulda isə 80 faiz bərpa edilib: "Güman edirik ki, yaxın vaxtlarda elektrik enerjisinin verilişi tam bərpa ediləcək".
Xatırladaq ki, bu gün yerli vaxtla saat 10:36-da Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərinə elektrik enerjisinin verilişi dayandırılmışdı.
Milli.Az
Milli.Az