Dünya

İsrail 5 fələstinli jurnalisti həbs etdi

Metbuat.az

İsrail 5 fələstinli jurnalisti həbs edib.



ANS PRESS-in məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri Ummul-Fəhmin şəhərində bir qeyri-hökumət təşkilatına etdiyi təşkil etdiyi basqında burada çalışan 5 fələstinli mətbuat nümayəndəsini də saxlayıb.



İsrail tərəfindən verilən açıqlamada bildirilir ki, "Qüds Media Mərkəzi" adlı qeyri-hökumət təşkilatında aparılan yoxlamalar zamanı təşkilatın kompüterləri və sənədləri araşdırlımaq üçün götürülüb. Həmçinin burada çalışan əməkdaşlar saxlanılıb.



İsrail Polisinin sözçüsü Luba es-Səmrinin sözlərinə görə, təşkilat terroru maliyyələşdirməkdə şübhəli bilinib.

Mənbə
ANS PRESS