İslandiya Avropa İttifaqına daxil olmaq barədə ərizəsini geri götürür
Bakı, 13 mart,
AZƏRTACİslandiya öz yolu ilə getməyi, Avropa İttifaqına daxil olmamağı qərara alıb.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, İslandiya Avropa İttifaqına daxil olmaq barədə ərizəni 2009-cu ildə vermişdi. O vaxt ölkə parlamentinin 33 deputatı bunun lehinə, 28 deputatı isə əleyhinə çıxmışdı. İndi isə mövcud hakimiyyət orqanları öz sələflərinin avrointeqrasiya sahəsində planlarından imtina edir.
2013-cü ildə İslandiyada hakimiyyətə gələn sağ mərkəzçilər ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı planlarından imtina etdiklərini bir il əvvəl rəsmən bəyan ediblər. Siyasətçilər bildirirlər ki, Avropaya inteqrasiya yenidən gündəmə gələrsə, məsələ yalnız ümumxalq referendumu yolu ilə həll oluna bilər.
Bu barədə İslandiya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilir.