Maraqlı
İşinizdən bezmisininz, daha yüksək maaşlı iş axtarışındasınız?
İşinizdən bezmisininz, daha yüksək maaşlı iş axtarışındasınız, şəhərdən kəndə köçmək istəyirsiniz?
Onda cücənin cinsiyyətini müəyyən etmək işi elə sizin üçündür - bu sahədə dişi və erkək cücələri bir-birindən ayıra bilən mütəxəssislərin Britaniyada çatışmazlığı əmələ gəlib.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu çatışmazlıq Britaniyanın quşçuluq sənayesi üçün ciddi problemə çevrilib.
Britaniyada 1 günlük cücənin erkək və ya dişi olduğunu ayırd edə bilən peşəkarlara hazırda böyük tələbat yaranıb.
Nisbətən böyük - ildə 60 min dollar maaşa baxmayaraq, Britaniya Quşçuluq Şurasının bildirdiyinə görə, bu sahədə əmələ gəlmiş kadr çatışmazlığı cücə ixracına dair müqavilələri təhlükə altına alıb.
Şura üzvləri höküməti bu peşəni xroniki işçilər çatışmazlığı ilə üzləşən peşələr siyahısına salmağa çağırıblar.
Britaniya Quşçuluq Şurasının sədri Andrew Large bildirirb ki, bu peşə xüsusi bacarıq, o cümlədən saatda 1000-ə yaxın cücənin cinsiyyətini yoxlayb müəyyən edilə bilməsini tələb edir.
Onun təbirincə, bu sahədə çalışanlardan diqqət, zirəklik, iti görmə qabiliyyəti, canlı təbiətə məhəbbət və qayğı hissiyatına malik olma kimi keyfiyyətlərin nümayişi, 1 günlük yaşı olan cücənin cinsiyyətinin müəyyən edilməsində isə 97-98 faiz dəqiqlik şərti əsas tələblərdəndir.
Andrew Large qeyd edib ki, Britaniyaya cəmi 100 belə mütəxəssis lazım olsada, hazırda 15-20 yer boşdur.
1 günlük cücənin cinsiyyətinin müəyyən edilməsinə ehtiyac əsasən Britaniya cücələrinin damazlıq məqsədləri üçün ixrac olunması zamanı yaranır.
Xarici istehlakçıların Britaniyada sifariş etdikləri cücə məhsulu müqavilələrində o cümlədən quşun cinsiyyəti də nəzərə alınmaqdadır.
Digər tərəfdən, yumurta istehsalı üçün yalnız dişi cücələr tələb olunur.
Milli.Az