Dünya

İŞİD təklifi qəbul etdi

Metbuat.az

Bir neçə gün əvvəl İŞİD-ə tabe olduqları barədə audio-yazı yayımlayan “Boko-haram” qruplaşmasına qarşı tərəfdən cavab gəlib.



ANS PRESS-in məlumatına görə, Nigeriyada terror aktları törədən “Boko Haram” qruplaşmasının İŞİD-ə qoşulmaq niyətinə “xilafət” nümayəndələri rəsmi tvitter səhifələrində yayımladıqları audio-yazı ilə cavab veriblər.



İŞİD yaraqlılarının yaydığı səs yazısında nigeriyalı radikalların bağlılığı qəbul edilir və “xilafət”in Qərbi Afrikaya qədər uzandığı vurğulanır.



2009-cu ildən bəri Nigeriyada müxtəlif terror hadisələri həyata keçirən qruplaşma yüzlərlə günahsız insanın ölümündə təqsirkardır. Niyətlərinin isə əslində bölgədə islam dövləti qurmaq olduğunu iddia edirlər.



Qeyd edək ki, ötən ilin noyabrında Misir, Liviya, Yəmən, Səudiyyə Ərəbistanı və Əlcəzairdəki “cihadçı” qruplar da İŞİD-ə bağlılığını elan etmiş, İŞİD lideri əl-Bağdadi isə onların tabeçiliyini xoş qarşılamışdı.



Bundan başqa, yanvar ayında da Əfqanıstan və Pakistandakı radikal qruplar İŞİD-ə tabe olduqlarını bəyan ediblər.

Mənbə
ANS PRESS