Dünya

İŞİD lal-karlar üçün təbliğata keçdi - FOTO

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına sıralarına yeni cihadçıları cəlb etmək üçün eşitmə və danışıq qabiliyyəti zəif olanlar üçün surdotərcüməli vizual təbliğatlara başlayıb.
 
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD lal-karlar üçün ilk təbliğat videosunu yayıb.
 
İraqın Mosul şəhərində yol polisində çalışdıqlarını iddia edən iki saqqallı şəxs tamaşaçıları İŞİD-ə qatılmağa dəvət ediblər. Onlar ABŞ, Britaniya və bu ölkələrin müttəfiqlərini məhv edəcəklərini də bəyan ediblər.
 
Bu şəxslər lal-kar qardaşlar olduqlarını söyləyiblər.
 
Videonun sonunda İraqın şimalındakı kürdlərin mövqelərinə raket atışları göstərilib.
 
Milli.Az