İŞİD İraqla-İranı birləşdirdi
Tikritdə bir həftə əvvəl İraq hərbçiləri və müttəfiq şiə qüvvələri ilə İŞİD qruplaşması arasında başlayan döyüşlər şəhərin ətrafında toqquşmalarla davam edir.
ANS PRESS-in məlumatına görə, hazırda koalisiya qüvvələri Əl-Dour və Albu Acil şəhərlərində İŞİD-lə qarşıdurmada üstünlüyü ələ keçirməyə çalışır.
Qeyd edək ki, İraq hərbi qüvvələri Tikrit şəhərinə nəzarəti ələ keçirmək üçün keçən həftə İŞİD qrupuna qarşı ən genişmiqyaslı əməliyyata başlayıb. Tikrit cənubda hökumətin nəzarətində olan paytaxt Bağdad və şimalda İŞİD qrupunun nəzarət etdiyi Mosul arasında mühüm strateji əhəmiyyətə malik şəhərdir.
İraq hərbi qüvvələri əməliyyatı ABŞ-ın başçılıq etdiyi koalisiyanın müdaxiləsi olmadan İranın taktiki köməyi ilə həyata keçirir.
Bi arada ABŞ-ın başçılığı ilə koalisiya İraq və Suriyada İŞİD qrupunun mövqelərinə qarşı hava hücumlarını davam etdirir.
Mənbə
ANS PRESS