Dünya
İŞİD böyük qırğına hazırlaşır
İŞİD silahlı qruplaşması Mosulu əlində saxlamaq üçün şəhərin 1,5 milyon sakinini canlı qalxan kimi istifadə etmək istəyir.
Milli.Az anspress-ə istinadən bildirir ki, hazırda şəhər sakinləri koalisiya qüvvələrinin də qatılacağı böyük müharibə ərəfəsindədir. Hüsuma ABŞ quru qoşunlarının da qatılacağı güman edilir.
Şəhər sakinlərinin dediyinə görə, İŞİD şəhər ətrafında böyük isteşkamlar qazır, divarlar hörürlər. Uzunluğu 10 kilometrə çatan istehsamların eni 2 metr, dərinliyi 1,5 metrdir. İstehkamın hər kilometri üçün İŞİD tərəfindən 4 min dollar ödənildiyi bildirilir.
Milli.Az