Dünya

İraq təhlükəsizlik qüvvələri 60 “İŞİD” silahlısını məhv edib

Metbuat.az

[ 09 Mart 2015 22:19 ]



Bakı-APA. İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərb bölgəsində keçirdikləri əməliyyat nəticəsində 60 “İŞİD” silahlısı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat Ənbər əyalətinin  Əl-Kayim bölgəsində həyata keçirilib.

Əməliyyata İraq Hərbi-Hava Qüvvələrinin də cəlb olunduğu bildirilir.  İraqın daxili işlər nazirliyinin açıqlamasında “İŞİD”-in Ənbər əyalətindəki bir neçə liderinin öldürüldüyü qeyd edilir.