Dünya

İraq ordusu İŞİD-dən qorxdu?

Metbuat.az

İraq ordusu Tikrit şəhərinin İŞİD-dən geri alnması əməliyyatını dayandırıb.



Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə İraqın daxili işlər naziri

Məhəmməd Salam əl-Qabbani

bildirib.



Onun sözlərinə görə, rəsmi Bağdad dinc sakinlər və hərbçilər arasında lazımsız itkilərdən qaçmağa çalışır.



İraqın rəsmi dairələrinin məlumatına görə, Tikrit şəhəri, demək olar ki, ordunun nəzarətinə keçib. Qabbani bildirib ki, qarşıya qoyulmuş məqsədin 90 faizinə nail olunub.



İŞİD döyüşçüləri isə şəhərin mərkəzi hissəsində yaxşı möhkəmləniblər və barrikadalar qurublar. Onlar kamikadzelərdən faydalanırlar.



Milli.Az