İqtisadiyyat

İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

Metbuat.az

[ 18 Mart 2015 12:23 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük əməkdaşları vətəndaşda heroin aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Nəsirovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, ümumi xalis çəkisi 153,69 qram olan narkotik vasitə - heroin aşkar olunub.