İranda Üləmalar Məclisinin sədri seçildi
İranda Qərbə qarşı sərt siyasətin tərəfdarı olan Ayətullah Muhamməd Yəzdi qüdrətli Üləmalar Məclisinin rəhbəri seçilib.
ANS PRESS-in məlumatına görə, seçkidə populyar namizəd hesab olunmayan Ayətullah Yəzdi rəqibi, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncanini böyük səs çoxluğu ilə üstələyib.
Yəzdi Üləmalar Məclisinə gələn ilin fevralınadək rəhbərlik edəcək. Bundan sonra qurumun bütün 86 mandatı üçün seçki keçiriləcək və seçki parlament seçkiləri ilə eyni vaxta düşəcək.
Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Yazdinin bu vəzifəyə gəlməsi ölkənin 75 yaşlı ali rəhbəri Xamneinin xəstəliyi barədə şaiyələrin dolaşdığı zamana təsadüf edir.
Qeyd edək ki, Üləmalar Məclisinə seçki qurumun keçmiş rəhbəri ayətullah Muhammud Rza Məhdivi Xaninin vəfatı ilə əlaqədar keçirilib. Konstitusiyaya görə bu qurum ölkənin ali rəhbərini müəyyən edir.
Mənbə
ANS PRESS