Dünya

İran “Qədr” raketinin kütləvi istehsalına başlayacaq

Metbuat.az

Tehran, 15 mart,

AZƏRTAC

İran İslam Respublikasının milli istehsalı olan yeni “Qədr” raketi silahlı qüvvələrin istifadəsinə verilib.


Bu münasibətlə keçirilən mərasimdə İranın müdafiə naziri general Hüseyn Dehqan deyib ki, yeni raket 300 kilometr məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir.


Nazir bildirib ki, İran müdafiə xarakteri daşıyan yeni raketin kütləvi istehsalına başlayacaq. Bu raketlərin yüksək dəqiqliyə malik olması və ölkənin istənilən məntəqəsinə göndərilməsinin asanlığı ordunun döyüş qabiliyyətini artırır. Yeni raketlərin istehsalı İrana qarşı hər hansı təcavüzün qarşısını alacaq.


Mərasimdə İran İslam İnqilabının Müdafiəçiləri Korpusunun aerokosmik qoşunlarının komandanı briqada generalı Əmir Əli Hacızadə də iştirak edib.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran