İqtisadiyyat

İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Aprelin 1-dən Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 5 milyon manat həcmində istiqraz çıxarılacaq.


AİF-dən

AZƏRTAC

-a bildiriblər ki, istiqrazları əldə etmək istəyənlər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.