Texnologiya
iPhone istifadəçiləri tətbiq yükləyərkən şifrə soruşulmayacaq
“Report” “9to5mac” saytına istinadən xəbər verir ki, “Apple” xüsusi marketi olan “App Store”daki pulsuz tətbiqlərini və iTunes məzmunlarını endirən istifadəçilərindən şifrə soruşmayacaq.
Touch ID və ya şifrə vasitəsilə hər dəfə tətbiq yükləməzdən əvvəl istifadəçilərdən təsdiq şifrəsi istəyən App Store istifadəçilərin edəcəyi nizamlamaların ardından pulsuz tətbiqləri endirərkən şifrə istəməyəcək. Hələki “default” olduğu üçün bu xüsusiyyət bağlı saxlanılır. Ancaq istifadəyə veriləcək son versiyadan gələn reaksiyalara uyğun olaraq dəyişikliklər ediləcək.