Dünya
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
İordaniyanın Salt şəhərində Çanaqqala şəhidləri anılıb
Əmman, 25 mart,
AZƏRTACİordaniyanın Salt şəhərində Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar mərasim keçirilib.
Türkiyənin İordaniyadakı səfirliyinin təşkil etdiyi mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Sabir Agabəyov, səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri də iştirak edib. Tədbirdə İordaniya Haşimilər Krallığının vəzifəli şəxsləri, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Salt şəhərində Çanaqqala şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar, şəhidlərin ruhuna dualar oxuyublar. Türkiyənin İordaniyadakı səfiri Sedat Önal və diqər çıxışçılar bu tarixi hadisənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman