Ölkə

İnsanları "zəhərləyən" dönərçi cəzalandırıldı (VİDEO)

Metbuat.az

Sumqayıtda çiy dönər istehsalı ilə məşğul olan müəssisənin fəaliyyəti dayandırılıb.



ANS TV-nin məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, 2 mkr, C.Cabbarlı küçəsi, ev 31/70 ünvanında yerləşən çiy dönər istehsalı ilə məşğul olan müəssisənin fəaliyyətini dayandırıb.



Komitənin mətbuat xidmətindən bildirdilər ki, aparılan araşdırmalar zamanı məlum olub ki, müəssisədə istehsal olunan məhsulun normativ sənədləri, keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı və texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur. Məhsulun markalanması aparılmır. Həmçinin, müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxş olub. Müəssisənin tavanı və divarları kif təbəqə ilə örtülüb. Xammalın və hazır məhsulların saxlanması üçün lazımi şərait mövcud olmayıb. Müəssisə gəmiricilərlə çirklənib. Bütün bunları nəzərə alıb burada istehsal dayandırılıb və qanunvericiliyə müvafiq tədbirlər görülüb.



Ümumiyyətlə dönərlə bağlı yoxlamalar Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsilə yanaşı Gigiyena və Epidemiologiya İdarəsi tərəfindən də aparılır. Qurumun şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi toyuq dönərinin satılmasını ümumiyyətlə qadağan edir. Ət dönəri aldıqda isə istehlakçılar diqqətli olmalıdırlar. Çünki bəzən həmin ətin mənşəyi bəlli olmur.



İmran Abdullayev hesab edir ki, ən azından dönər satanın geyiminə və şəxsi gigiyenasına nəzər yetirsələr bu kifayət edər: "Ucüz olsun deyə dönərin tərkibinə heyvanın istifadə olunmayan hissələrini gətirib qarışdırıldığı hallara belə rast gəlirik".



İmran Abdullayev bu kimi halların arandan qaldırımlması üçün qanunvericilikdə dəyişiklik edilmsinə və cəzaların sərtləşdirilməsinə ehtiyac görür. Onunu sözlərinə görə, insanların sağlamlığını təhlükə altına atan şəxslər, hətta məsuliyyətə cəlb olunmalıdırlar.



Hazırda dönər məntəqələrinə qanun pozuntusu aşkar edildikdə fiziki şəxslər 50-100, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər isə 200-400 manat cərimə olunur. Hər halda cərimələr artırıldı ya artırılmadı, hər kəs öz sağlamlığının qeydinə qalsa yaxşıdır.



Mənbə
ANS TV: Vüsalə Xaməmmədqızı