Dünya

İnşaatda uçqun, 14 ölü

Metbuat.az

Vyetnamın Vunqanq şəhərində inşaat işləri zamanı uçqun baş verib. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, uçqun azı 14 nəfərin ölümü ilə nəticələnib.



Yerli kütləvi-informasiya vasitələrinin məlumatına görə, bina tikintisi zamanı inşaat materiallarının dağılması nəticəsində daha 30 nəfər də xəsarət alıb. Hazırda hadisə yerində axtarışlar aparılır, dağıntılar altında sağ qalanların olduğu ehtimal edilir.



Şahidlərin sözlərinə görə, inşaat üçün qurulan taxtalar yerindən oynamağa başlayanda, işçilər təşvişə düşərək qaçmağa başlayıblar.



Uçqun nəticəsində ölənlərin hamısı Cənubi Koreyanın "Samsung" şirkətinin podratçısının işə götürdüyü Vyetnam vətəndaşları olub.


Mənbə
BBC