Ölkə

“İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa”

Metbuat.az

Bakı, 13 mart, Tərgül Ağayeva, ARƏRTAC


Martın 13-də Təhsil Problemləri İnstitutunda “İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.


AZƏRTAC

xəbər verir ki, institutun direktoru Qulu Novruzov müasir dövrdə Azərbaycan respublikasının təhsil siyasətinin prioritet məsələlərindən biri sayılan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasından, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılmasından, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin Azərbaycan təhsilinə inteqrasiyasından danışıb.


Tədbirdə ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərdən, qəbul edilmiş qanunlardan geniş söz açılıb. Vurğulanıb ki, qəbul olunan mövcud qanunlarda xüsusi qayğıya ehtiyacı olan hər bir uşağın psixofiziki imkanlarının inkişaf etdirilməsi kimi mövcud vəziyyətə dair məsələlərə toxunulub.