Dünya
ANS PRESS
İngilis əsgərlər Ukraynada
İngiltərənin hərbi təlimçiləri Ukrayna ordusunda təlim-məşqlərə başlayıb.
ANS PRESS-in məlumatına görə, Rusiya yönlü separatçılarla döyüşən Ukrayna ordusunun hərbçilərinin təlim-məşqlərinə 34 ingilis təlimçinin cəlb edildiyi bildiriilir.
Onlar təlimi Ukraynanın cənubundakı Mikolayiv şəhərində iki ay müddətində heçirəcəklər. Təlim məşqlərinə hərbi tibb və müdafiə taktikası daxildir.
Məsələ ilə əlaqədar Ukraynadan rəsmi açıqlama verilməyib. Bir müddət əvvəl İngiltərə Ukraynaya 850 min funt-sterlinq dəyərində öldürücü olmayana hərbi yardım göstərəcəyini açıqlamışdı.
Qeyd edək ki, bu təlim Ukraynada separatçılarla döyüşlər başlanandan bəri hər hansı Qərb ölkəsinin Kiyevə ilk təlim yardımıdır.
MənbəANS PRESS