İlk kompüter istehsalçısı Azərbaycanda nümayəndəlik açıb
[ 05 Mart 2015 11:38 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün ABŞ-ın IBM korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib.
“APA-Economics” xəbər verir ki, yeni ofis müştərilərə bulud texnologiyalarının, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar nazirini müavini Elmir Vəlizadə ilk kompüter istehsalçısı olan IBM-in Bakıda nümayəndəlik açmasından məmnunluğunu bildirib.
Nazir müavini çıxışı zamanı bildirib ki, nümayəndəliyin açılması Azərbaycanda texnologiya sahəsində xarici investisiyaların cəlb olunmasına yardımçı olacaq.
"IBM-in şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması ölkəmizin İKT sektorunun inkişafına müsbət təsir edəcək”, - deyə nazir müavini bildirib.