Ölkə

“İlham Əliyevin Sumqayıta səfərləri” adlı elektron resurs istifadəçilərin ixtiyarına verilib

Metbuat.az

Sumqayıt, 16 mart, Ətrabə Rzayeva,

AZƏRTAC

 


Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanası “İlham Əliyevin Sumqayıta səfərləri” adlı tammətnli elektron resurs hazırlayıb. Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədovanın tərtibatçısı olduğu elektron resurs 92 səhifədən ibarətdir və Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfərlərinə dair materiallar toplanıb.


AZƏRTAC

xəbər verir ki, elektron resursda dövlətimizin başçısının Sumqayıtda tikilən müəssisələrin, sosial əhəmiyyətli obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı, aparılan yenidənqurma və abadlıq işləri ilə tanışlığı, ictimaiyyət nümayəndələri ilə görüşləri, Sumqayıtın inkişafı və sumqayıtlıların rifahı naminə verilən tapşırıqlar öz əksini tapıb.


Qeyd edək ki, resurs

AZƏRTAC

-ın məlumatları əsasında hazırlanıb.


Elektron resursla bu linkdə tanış olmaq mümkündür:  

http://sumlib.az/tarix/Ilham%20%C6%8Fliyevin%20Sumqay%C4%B1ta%20s%C9%99f%C9%99rl%C9%99ri-20152015.pdf .