Ölkə

İlham Əliyev AŞ PA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib

Metbuat.az

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az