İki ayda satılmış əmtəə və xidmətlərin həcmi 7,9 faiz artıb
Bakı, 17 mart,
AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 4,8 milyard manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıb. İstehlak bazarı üzrə real artımın 79,7 faizi ticarət, 20,3 faizi xidmətin hesabına yaranıb.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, bu ilin ilk iki ayında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 8,2 faiz üstələyərək 4,5 milyard manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 98,9 faizi özəl bölmənin sayəsində təmin edilib.