İqtisadiyyat
İki ayda rezin və plastmas məmulatların istehsalı 29,3 faiz artıb
Bakı, 26 mart,
AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı sahələrində 45,9 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə məhsulun həcmi kimya sənayesində 20,6 faiz, rezin və plastmas məmulatların istehsalında 29,3 faiz artıb, əczaçılıq məhsullarının istehsalında isə 27,7 faiz azalıb.