Ölkə

Hövsan Olimpiya Mərkəzində ölüm hadisəsi baş verib

Metbuat.az

Bakı, 28 mart,

AZƏRTAC

Hövsan Olimpiya Mərkəzində qaydasız döyüş üzrə keçirilən Azərbaycan çempionatı zamanı ölüm hadisəsi qeydə alınıb.


AZƏRTAC

xəbər verir ki, martın 27-də mərkəzdə keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib. Hüquq-mühafizə orqanları faktı təsdiqləyərək bildiriblər ki, dünyasını dəyişən idmançı 27 yaşlı Ramin Zeynalovdur. İdmançı Quba rayonundan olub.


Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir.