İqtisadiyyat

Heydər Əliyev prospektinin köməkçi yollarından birində təmir işləri başa çatdırılıb - FOTOSESSİYA

Metbuat.az

[ 07 Mart 2015 11:54 ]



Bakı. Musa Əhmədov – APA-Economics. Heydər Əliyev prospektinin köməkçi yollarından birində təmir işləri başa çatdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük  Şor qovşağından “Bazarstore” qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan  başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb.

Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından “Bazarstore”  qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.