Ölkə

“Heterozisin molekulyar-genetik aspektləri” monoqrafiyası işiq üzü görüb

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları - biologiya elmləri doktoru, professor Ramiz Əliyev və biologiya elmləri namizədi Afət Məmmədovanın birgə yazdıqları “Heterozisin molekulyar-genetik aspektləri” monoqrafiyası Almaniyada nəşr olunub.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, kitab heterozis hadisəsinin molekulyar-genetik əsasının öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunub. İlk dəfə müəyyənləşdirilib ki, heterozis bitki hibridlərinin somatik hüceyrələrində DNT-nin miqdarı valideyn formalara nisbətən artır. Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, o, birinci nəsil bitki hibridlərində heterozis effektinin təbiətinin molekulyar səviyyədə açıqlanmasına kömək edir. Eyni zamanda, A.Bauven və əməkdaşları tərəfindən irəli sürülmüş DNT-nin sabitliyi hipotezindən fərqli olaraq DNT-nin miqdarının hüceyrədə arta bilmə imkanlarını göstərir. Bu mexanizmi əks etdirən təcrübi nəticələr və onların nəzəri əsasları haqqında da kitabda ətraflı məlumatlar verilib. Kinetika reassossasiya metodunun köməyi ilə müəyyən edilib ki, DNT-nin miqdarındakı artım, əsasən, onun kinetik fraksiyası olan aralıq DNT təkrarları hesabına baş verir.