Gürcüstanın milli valyutasının ucuzlaşması nəticəsində istehlak mallarının qiyməti artıb
Tbilisi, 10 mart,
AZƏRTACGürcüstanın milli valyutası – lari (GEL) son günlər bir qədər də ucuzlaşıb.
Gürcüstan Milli Bankının məzənnəsinə görə, martın 10-da 1 ABŞ dolları 2,1741 GEL müəyyən olunub. Qara bazarda və ölkənin valyutadəyişmə məntəqələrində isə 1 dollar 2,15 - 2,20, bəzən isə 2,22 lariyə dəyişdirilir.
Milli Bank digər valyutaların məzənnəsini də müəyyən edib.
Yeni məzənnəyə əsasən bir 1 Azərbaycan manatı 2,0835 nəzərdə tutulub. Fevral ayı ilə müqayisədə manat 50-55 tetri ucuzlaşıb.
Martın 10-da 1 avro – 2,3685 GEL, 1 ingilis funt sterlinqi – 3,2868 GEL, 1 Türkiyə lirəsi - 0,8375 GEL, 100 Rusiya rublu - 3,5734 GEL, 1000 Ermənistan dramı - 4,5379 GEL, 10 Ukrayna grivnası - 0,9488 GEL təşkil edib.
ABŞ dolları və funt sterlinq istisna olmaqla digər valyutalar da xeyli ucuzlaşıb.
Larinin ucuzlaşması ölkədə bəzi istehlak mallarının qiymətlərinin bir az da artmasına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi